“Alibaba Group Holding LTD” “Subaylar günü” ilə bağlı keçirdiyi aksiya zamanı 90 dəqiqədən az bir müddətdə 114 mlrd. Çin yuanı yaxud 16,3 mlrd. ABŞ dolları civarında alış-verişə imza atıb.
FED.az biznes portalı xəbər verir ki, bu, ötən il 24 saat ərzində baş tutmuş dövriyyənin 50%-nə bərabərdir.
9 saat sonra isə satışlar 23 milyard dolları keçıb, Bu göstərici Alibaba-nın əsas rəqibi olan "Amazon"un son rübdəki satışlarının 3-de ikisinə bərabərdir.
Məlumatda deyilir ki, 24 saat ərzində davam edəcək aksiya zamanı şirkətin ticarət dövriyyəsinin həcmi 500 mlrd. dolları ötəcək.
Məlumata görə, hər il noyabrın 11-də qeyd edilən bu alış-veriş festivalı dünyanın ən böyük festivalı hesab olunur. Bununla yanaşı, investorlar Çin iqtisadiyyatının 6% gerilədiyi zamanda bu ölkədən olan istehlakçıların necə iştirak etdiyini yoxlayırlar.
Qeyd edək ki, ötən il “Alibaba”nın satışları 27% artaraq 213,5 mlrd. yuan yaxud 30,7 mlrd. dollar olub.
Xatırladaq ki, hər il noyabrın 11-də (11.11) “Subaylar günü” kimi qeyd edilir və bu münasibətlə xüsusi endirimlər olur.
Mənbə: FED.az, "Report"