Çinin “Alibaba” elektron ticarət şirkətinin platformalarında noyabrın 11-də 268,4 milyard yuan (38,4 milyard ABŞ dolları) məbləğində sifariş qəbul olunub. Bununla da şirkətin ötən ilki rekordu (30,4 milyard dollar) yenilənib.
FED.az xəbər verir ki, sutka ərzində “Alibaba”nın Çindəki və xaricdəki istifadəçiləri “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar endirim kampaniyasından yararlanıblar.
Eləcə də bax: “Alibaba” saatyarıma - 16,3 MİLYARD DOLLARLIQ MAL SATIB
Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti tərəfindən 2009-cu ildən etibarən onlayn satış platformalarında bu kampaniya tətbiq olunur.
Azərtac