“Alatava Avtonəqliyyat-2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
“Bakelektromaşın” ASC səhmdarları görüşəcək
FED.az verir ki, yığıncaq 24 iyul 2021-ci il saat 16.00-da Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 51G ünvanında keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. “Alatava Avtonəqliyyat-2,, ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması və cəmiyyətin səhmdarlarının 139178,00 manat məbləğində özlərinə məxsus səhmlərini “Alatava Avtonəqliyyat-2”ASC-nin nizamanmə kapitalından ayırmaqla, cəmi 139178,00 manat məbləğində olan payın bölünmə balansına uyğun yeni yaradılan MMC-nin nizamnamə kapitalına keçirilməsi.
2. “Alatava Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalından 139178,00 manat məbləğində payın və ,,Alatava Avtonəqliyyat-2”ASC-nin əmlakının, hüquq və vəziflərinin müvafiq olaraq yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar tərtib edilmiş bölünmə balansının təsdiq olunması və bölünmə balansının imzalamaq səlahiyyətlərinin “Alatava Avtonəqliyyat-2”ASC-nin idarə heyəti sədrinə həvalə edilməsi.
3. “Alatava Avtonəqliyyat-2” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-yə keçirilməsi.
4. “Alatava Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin, MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun olaraq “Alatava Avtonəqliyyat-2”ASC-dən yeni yaradılan MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.
5. “Alatava Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının həcminin və “Alatava Avtonəqliyyat-2” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.
6. “Alatava Avtonəqliyyat-2” ASC-nin yenidən təşkili ilə əlaqədar cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
7. “Alatava Avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001018972 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcmu nominal dəyəri 139178,00 manat olan 69589 ədəd adi, adlı və sənədsiz səhmlərin dövriyyədən çıxarılaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına və Milli Depozit Mərkəzinə müraciət edilməsi.
8. “Alatava Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar təsdiq olunmuş bölünmə balansı üzrə müstəqil auditor yoxlanmasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditorla müvafiq müqavilənin bağlanılması.
9. “Alatava Avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunması ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət olunması və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin ,,Alatava Avtonəqliyyat-2” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.
10. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.