Enerji içkilərinin yenidən ucuzlaşmasının səbəbi məlum olub. FED.az xəbər verir ki, buna səbəb Baş nazir Novruz Məmmədovun Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsidir. Qərar yanvarın 10-də dərc edilib və 30 gün sonra qüvvəyə minəcək.
Qərarla Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində dəyişikliklər edilib.
Eləcə də bax: Enerji içkiləri yenidən ucuzlaşdı - Aksiz təxirə salındı
Şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.