28 dekabr 2025-ci il saat 11:00-da “Akserman” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi 157 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər durur:
1. Səhmdar cəmiyyətin 2024 və 2025-ci illərin fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi
2. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.













