"Akkord Hydrotechnical Construction Company" MMC-nin (VÖEN:1502808541) müflis elan edilir.
FED.az xəbər verir ki, Mehdiyev Tehran Şahverdi oğlu tərəfindən “Akkord Hidrotexnikal Construction Company” MMC-nin müflis elan olunması, aktivlərinin müyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.
Məhkəmənin növbəti iclası 11.03.2025-ci il tarixə saat 14.30-yə təyin edilib.
Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 8
Xatırlatma üçün bildirək ki, 26 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınmış şirkət 1 milyon 274 min 541 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Şahin Şirinov Şəmsi oğludur.