Azərbaycanın iri tikinti şirkətlərindən olan "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası özünün yeni şirkətini açıb.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Akkord Industrial Company” MMC 2017-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, nizamnamə kapitalı 10 min manatdır. MMC-nin qanuni təmsilçisi Elçin Oqtay oğlu Qasımov, Müşahidə Şurasının üzvləri isə Fariz Məmmədəli oğlu İbrahimli, Dərya Müsəllim oğlu Vəliyev və Rəsul Qardaşxan oğlu Orucovdur.