14 iyun 2019-cu il tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1.Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2.Cəmiyyətin illik hesabatının təsdiq edilməsi. 3.Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) göstərilən ünvanda və ya (012) 404 77 77 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan- AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, cəmiyyətin inzibati binası.
Həmçinin, 14 iyun 2019-cu il tarixində “Akkord AN” ASC səhmdarlarının növ illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi. 3. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) göstərilən ünvanda və ya (050) 283 88 44 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan-AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 95.
Eləcə də bax: Azərbaycanda Almaniyanın KfW bankının ofisi bağlana bilər
Bundan başqa, 14 iyun 2019-cu il tarixində “Gəncə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1.Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2.Müşahidə şurasının üzvlərinin seçilməsi. 3.Cəmiyyətin illik hesabatının təsdiq edilməsi. 1. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan-Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 38.
14 iyun 2019-cu il tarixində “Qazax Şərab-1” ASC səhmdarlarının da növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi. 3. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan-Qazax rayonu, Yuxarı Salahlı kəndi.