“Akkord AN” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 30 iyun 2021-ci il tarixdə, saat 14:00-da AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz, ev 95 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
- Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi;
- Cəmiyyətin illik hesabatının təsdiq edilməsi;
- Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 283 88 44 telefon nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.