Avropa İttifaqı üç rusiyalı biznesmen və bir hərbçiyə qarşı sanksiyaları uzatmayacaq.
Rusiyaya qarşı sanksiyalar - UZADILDI
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin sanksiyalar sentyabrın 15-də başa çatacaq.
Bildirilib ki, ötən il dünyasını dəyişən rusiyalı iş adamı Qriqori Berozkin, “Northgas” şirkətinin keçmiş prezidenti və həmsahibi Fərhad Əhmədov, Rusiyanın “Ozon” internet mağazasının keçmiş sədri Aleksandr Şulqin və rusiyalı polkovnik Georgi Şuvayevə qarşı sanksiyalar götürülüb.