Noyabrın 13-də Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib. FED.az xəbər verir ki, görüşdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının vacibliyi, eyni zamanda ticarət şəbəkələrində çalışan şəxslərin tələb olunan zaman ərzində tibbi müayinədən keçməsinin zəruriliyi qeyd edilib.
Müvafiq sertifikat olmadan qida məhsullarının ticarət dövriyyəsinə qəbulunun qanunazidd olduğunu bildirən Agentliyin sədr müavini Balarəhim Quliyev sahibkarları qeydiyyat prosesində aktiv iştirak etməyə dəvət edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və ticarət şəbəkələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb.
Agetnlik hypermarket sahiblərini topladı – YENİ TƏLƏBLƏR VAR
15:28
13 Noy 2018