Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbayanda ucuz qiymətə keyfiyyətsiz dönərlərin satışına nəzarətin zəif olması və nəticədə rəsmi işləyən dönər şirkətlərinin zərərə düşməsi ilə bağlı şirətlərin iradlarına cavab verib.
Eləcə də bax: "1 manatlıq dönərlər bizim biznesi vurur, investisiyam - BATA BİLƏR"
FED.az xatırladır ki, bu gün KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə qida sektorundakı problemlərlə bağlı sahibkarların və əlaqədar qurumların iştirakı ilə bağlı toplantı keçirilib. Bu toplantıda Bakıda keçirilən fəaliyyət göstərən «Əjdaha dönər» və «Kasap dönər» şirkətlərinin rəhbərləri Bakıda keyfiyyətsiz məhsullardan hazırlanan və 1-1,2 manata satılan ucuz dönərlərin onların biznesinə zərər vurduğunu bildirərək Qida Təhlükəsizliyi Agentliyindən bu sahəyə nəzarətin nəyə görə zəif olduğunu soruşmuşdular.
İş adamlarının qaldırdığı məsələyə Agentliyin sədr müavini Rüfət Rüstəmzadə münasiət bildirib.
O FED.az-a bildirib ki, hazırda ölkədə qida sənayesində çalışanların sayı 50 minə çatır və Agentliyin onların hamısına eyni vaxtda nəzarət etməsi fiziki cəhətdən mümkün deyil: «AQTA hər subyektin yanına öz işçisini qoya bilməz, belə hal mümkün deyil. Burada sahibkarlar da (yəni keyfiyyətsiz dönər istehsal edənlər – FED.az) öz məsuliyyətini başa düşməlidir. Eləcə də istehlakçılar (yəni o dönəri alanlar – FED.az) da bilməlidir ki, ətin kilosu neçəyədir və bu qiymətə verilən hər hansı qida məhsul nə qədər risklidir. İstehsalçı da artıq buna fikrini bildirməlidir».
Agentliyin sədr müavini bildirib ki, qurum belə halların aşkar edilməsi ilə bağlı hüqüq-mühafizə orqanları ilə bağlı reydlər keçirir: «bir qədər əvvəl biz ölmüş heyvanların ətindən istifadə də aşkar etmişik. Bu da öz həllini tapacaq çünki artıq bu sahə ilə bağlı normativ-hüquqi baza hazırlayırıq».