Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) keçmiş aparat rəhbəri Şamil Süleymanlı 2019-cu il dekabr ayının sonunda simvolik 10 manat nizamnamə kapitalı ilə "Biznesin İnkişafı Korporasiyası" MMC yaradıb.
FED.az xəbər verir ki, KOBİA-nın strukturu bu yaxınlarda dəyişdirlib, burada mərkəzi aparat rəhbərinin vəzifəsi yoxdur. S.Süleymanlı bu vəzifəni 2018-ci ilin avqust ayından tuturdu.
42 yaşlı Şamil Süleymanlı 2011-ci ildən biznesdə təmsil olunur. Bir neçə kommersiya strukturunun təsisçisidir. KOBİA-da “Turan” İnformasiya Agentliyinin S. Süleymanlının İqtisadiyyat Nazirliyi yanındakı bu qurumda işləməyə davam edib-etməməsi ilə bağlı sorğusuna cavab verməyiblər.
© "Turan"