“Crocus Group”un prezidenti Araz Ağalarovla şirkətin vitse-prezidenti Emin Ağalarov Nyu-York məhkəməsinə rəsmi müraciət ediblər.
FED.az xəbər verir ki, Ağalarovlar ABŞ Demokratlar Partiyası Milli Komitəsi tərəfindən Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə qarışmasında guya iştirak etmələri ilə bağlı qaldırılan iddianın ləğv edilməsini xahiş ediblər.
ELƏCƏ DƏ BAX: Araz Ağalarovdan əhaliyə - DOLLAR MƏSLƏHƏTİ
Vəsatət ötən gün məhkəməyə təqdim edilib.
Qeyd edək ki, bu ilin aprelində Demokratlar tərəfindən qaldırılan iddiada Ağalarovlar, həmçinin “WikiLeaks” şirkəti, Donald Tramp və oğlunun da adı keçir.
İddiaçıların sözlərinə görə, Trampın seçki qərargahının əməkdaşları Rusiya nümayəndələri və “WikiLeaks”lə əlbir olaraq Demokratların namizədi Hillari Klintonun seçki kampaniyasını sarsıtmaq üçün işbirliyi görüblər. Demokratların versiyasına görə, bu məqsədlə Demokratlar Partiyası Milli Komitəsinin kompüterləri sıradan çıxarılıb və məlumatlar oğurlanıb. Onların fikrincə, məhz bu Trampa seçkilərdə qalib gəlməyə kömək edib.