“AQA Şirkətlər Qrupu” QSC-nin (AGA Group) törəmə aqrar şirkətinin rəhbəri dəyişib.
“AzFinans” BOKT-un - RƏHBƏRİ DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Murtuzəli Cabbarov İqbal oğlu “AGA Agro” MMC-nin direktoru təyin edilib.
O, bu vəzifədə Mail Məmmədov Fərman oğlu əvəz edib.
“AGA Agro” 2021-ci ilin iyulunda yaradılıb, 10 manat nizamnamə kapitalı var. Onun yaradılmasında məqsəd digər aqrar sahələrdəki fəaliyyətlə əlaqəli olduğu bildirilmişdi.
“AGA Group”un Şəki, Qax və Qarabağda fındıq bağları yaradıan “Monte Ferro” MMC adlı şirkəti də var. Bu şirkət hazırda 2 000 hektardan çox ərazidə fındıq kolları əkib.
Xatırladaq ki, “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə təsis edilib. Şirkətin portfelində Bakıda “Demirçi Tower”, “AGA Center”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzləri daxildir. Qrup həmçinin maliyyə sahəsində – “Caspian Audit”, “Ferrum Capital” və BOKT “City Finance” kimi şirkətlərə sahibdir. Şirkətlər qrupunun təsisçisi Aydın Demirçidir.