Türkiyənin məşhur “Mapa İnşaat və Ticarət” anonim şirkətinin Azərbaycandakı filialı ləğv olunub.
FED.az “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, kreditorlar iki ərzində tələblərini Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 1965-ci məhəllə ünvanına bildirə bilərlər.
ELƏCƏ DƏ BAX: Böyük Britaniyanın neft-servis şirkətinin Azərbaycandakı nümayəndəliyi bağlanır
Qeyd edək ki, şirkət Azərbaycanda fəaliyyət göstərdiyi zaman ölkədə iri layihələrin inşasını həyata keçirib. Belə ki, Naftalanda tikilən 4 ulduzlu “Naftalan otel və SPA” mərkəzini, “Silkway” şirkətinə məxsus 22 min kvadratmetr sahədə təyyarələ texniki servis mərkəzini, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının və Bakıda yerləşən 14 min kvadratmetrlik vertolyot parkının inşasını “Mapa İnşaat və Ticarət” anonim şirkəti həyata keçirib.