Sumqayıt Dövlət Yol Polisi Şöbəsi “AER Company Qrup” MMC barədə inzibati protokol tərtib edib.
FED.az xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, şirkəti 300 manat cərimələyib.
Eləcə də bax: "HiPP"in Azərbaycandakı rəsmi nümayəndəsi - CƏRİMƏLƏNİB
Sumqayıt Şəhər Məhkəməsi i 29 iyul 2019-cu il tarixli qərarından şirkətin verdiyi şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi barədə qərar elan edilib.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən və dondurma istehsalı ilə məşğul olan “AER Company Group” MMC olaraq məhsullarını “AER” ticarət nişanı altında müştərilərinə təqdim edir.
Report