Asiya İnkişaf Bankının “Yaşıl enerji” layihəsi ilə bağlı artıq yerli şirkətlərdən təkliflər daxil olub.
FED.az xəbər verir, bunu ADMEDİA reklam şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçı Sənan Şabanov deyib.
Onun sözlərinə görə, bu layihə ilə bağlı 2 yerli şirkətdən yanaşma olub. “Müzakirə edirik sadəcə biraz konfidensial olduğuna görə bölüşə bilmirəm həm də ortada rəsmi təsdiq yoxdur. Mən çox ümid edirəm ki ən azı gələn ilin əvvəllərindən bir nəticəyə gəlib onu ictimai şəkildə açıqlayacağıq”.
S.Şabanov birldirib müraciət edən hər iki şirkət özəl sektoru təmsil edir. “Maraq var amma dediyim kimi ilk məhsuldur və ilk dəfə olanda həmişə çətin olur. Amma belə götürəndə ümumən maraqlı olur. Düşünürəm ki, cari ilin sonuna kimi bu layihə reallaşmasın cunki ilin sonuna az qalıb. Ümid edirik gələn ilin əvvəlində razılaşma olsun” – deyə S.Şabanov qeyd edib.