“Absheron Hotel Group” MMC nizamnamə kapitalını azaldır.
FED.az xəbər verir ki, şirkət 12 milyon 850 min manat məbləğdən 10 milyon 850 min manat məbləğə azaldığını elan edir.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 22 avqust 2013 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilcisi isə Mehmet Balcıkdır.