“Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının təsisçilərinin növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, təsisçilərin ümumi yığıncağı 29 yanvar 2021-ci il saat 12.00-da keçiriləcəkdir.
ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ:
1. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının yenidən təşkil olunaraq “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilməsi.
2. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının təsisçilərinin onlara məxsus paylarının “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının nizamnamə kapitalından təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına keçirilməsi.
3. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının əmlakının, hüquq və vəzifələrinin təhvil aktına müvafiq qaydada hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi.
4. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının nizamnamə kapitalından payların, “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının əmlakının, hüquq və vəzifələrinin müvafiq olaraq hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmə yolu ilə yaradılan “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçirilməsi ilə əlaqədar tərtib edilmiş təhvil aktının təsdiq edilməsi və təhvil aktını imzalamaq səlahiyyətlərinin “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının direktoruna həvalə edilməsi.
5. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təsdiq edilmiş təhvil aktı üzrə müstəqil auditor yoxlamasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün auditor M.Z.Əhmədov ilə müvafiq müqavilənin bağlanması.
6. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilən “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinin hazırlanması, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi.
7. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi ilə əlaqədar təhvil aktına müvafiq qaydada “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatından yenidən təşkil olunan “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçən əmlakın tərkibinin təsdiqi.
8. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının direktoru Əliyev Adil Məmməd oğlunun öz xahişi ilə vəzifədən azad edilməsi ərizəsinə baxılması.
9. Hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilmiş “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktorun təyin edilməsi.
10. “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının hüquqi şəxsin yenidən təşkili qaydalarına uyğun olaraq çevrilməsi ilə əlaqədar onun təsis sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin yenidən təşkil olunmuş “Abşeron Ulduz” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni direktoruna həvalə edilməsi.
11. Digər məsələlər.
Ünvan- Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şossesi, 35-ci kilometr.
Əlaqə telefonu - +994552128381.
Yığıncağın gündəliyinə aid sənədlərlə “Abşeron Ulduz” Kəndli Fermer Təsərrüfatının yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial qaydada təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.