ABŞ administrasiyası Çinin doqquz şirkətini, o cümlədən “Xiaomi” smartfonlarının istehsalçısını və “Comac” aviaşirkətini, Amerikanın hərb sahəsi ilə əlaqələri olan sərmayədarları üçün qadağan edilmişlərin siyahısına salıb.
Eləcə də bax: "Xiaomi" iki fəqli məhsulu ilə “Milyon dollarlıq texnologiya mükafat”ını aldı
FED.az xəbər verir ki, bu barədə sənədlərə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin məlumatına görə, Amerika sərmayədarları 11 noyabr 2021-ci ilə qədər “qara siyahı”ya düşmüş Çin firmalarından öz aktivlərini çıxarmalı olacaqlar.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp 2021-ci ilin 11 yanvarından Amerika vətəndaşlarına və şirkətlərə Çin Xalq Respublikasının hərbi firmalarından qiymətli kağızları almağı qadağan edən fərman imzalayıb. (Report)