Avoropalılar və ABŞ əhalisi pandemiya dövründə 2,7 trilyon dollardan çox pul toplayıb.
FED.az xəbər verir ki, «Bloomberg»in hesablamalarına görə, karantin məhdudiyyətləri və pandemiya dövründə ABŞ sakinləri 2,3 trilyon dollar, avropalılar isə 464 milyon dollar vəsaiti xərcləməmiş saxlayıblar.
İndi məhdudiyyətlər götürülsə də, əhali bu pulları xərcləməyə tələsmir, çünki pandemiyanın yenidən güclənəcəyindən və işlərini itirəcəklərindən narahatdırlar.
Məhz buna görə pandemiya məhdudiyyətlərinin götürülməsindən sonra Avropada bank əmanətləri cüzi azalıb, İtaliyada isə əksinə, artmaqdadır. Amerikalılar da mümkün böhrana hazırlaşmaq üçün pullarını xərcləməyə tələsmirlər.