Baş ofisi ABŞ-ın Texas ştatında Hyuston şəhərində yerləşən neft sənayesində fəaliyyət göstərən “Wellbore Integrity Solutions” enerji şirkəti Azərbaycanda yeni törəmə şirkət təsis etdirib.
Eləcə də bax: 1 milyon manat sərmayə ilə yeni logistika şirkəti - Yaradıldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda yaradılan törəmə şirkət “Vellbore İntegrity Solutions Azərbaycan” MMC-dir.
Şirkət 15 min dollar nizamnamə kapitalına sahibdir və direktor isə Anar Məmmədov Saleh oğludur. A.Məmmədov buna qədər “Schlumberger” və “SOCAR –AQS” kimi şirkətlərdə çalışıb.
Şirkət Bakı şəhəri Səbail rayonu, Rəsul Rza ev.15 m.28-30 ünvanında dövlət qeydiyyatına alınıb.