Sabah ABŞ-ın Azərbaycandakı səfirliyi 20 futluq konteynerin möhürlü zərf təklif hərracını keçirəcək.
FED.az xəbər verir ki, təkliflər saat 11:00-dan 14:00-a qədər qəbul olunacaq.
Təklif qutusu səfirliyin qarşısında - Bakı şəhəri, Azadliq prospeki, 111 ünvanında qurulacaq. Minimal təklif miqdarı müəyyən edilməyib. Konteyneri 2016-cı ildə "Tianjin Pasifik" konteyner şirkəti istehsal edib və olduğu vəziyyətdə zəmanətsiz satılır. Konteynerin fotoşəkilləri hərrac müddəti ərzində təklif qutusunun önündə yerləşdiriləcək.
Məlumatda deyilir ki, qalib şəxs, ehtiyac olduqda vergi rüsumlarını və konteynerin ərazidən aparılma xərclərini ödəməyə cavabdehdir. Ödənişlər Azərbaycan manatı ilə nağd aparılmalıdır. Ödəniş etməkdən imtina edən qalib, bu və gələcək hərraclarda iştirak etmək hüququndan məhrum oluna bilər.
“Qalib mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməlidir. Şəxsiyyəti təsdiq edən şəkilli sənədsiz ödəniş qəbul olunmur. Əks halda əşya yenidən hərraca qaytarılacaq. ABŞ səfirliyi hərracda olan əşyanın hərracdan çıxarmaq hüququnu özündə saxlayır. Alıcıların təklif etdiyi qiymətimalın qiymətinə uyğun olmazsa səfirlik təklifdən imtina etmək hüququnu özündə saxlayır. Təklifin miqdarı, hər hansı bir mal və ya onun nömrəsi barədə şübhə yaranarsa, səfirlik malın yenidən xərraca qaytarılma hüququnu özündə saxlayır”- məlumatda qeyd edilib.