Amerika tərəfdaşları ilə iş aparmaq üçün müvəqqəti lisenziyanın müddəti bitdikdən dərhal sonra “HUAWEI” sanksiyaların təxirə salınması üçün daha 90 gün möhlət aldı. xəbər verir ki, FED.az xəbər verir ki, şirkət nümayəndələri ticarət münasibətlərindəki mövcud vəziyyəti şərh ediblər.
Eləcə də bax: ABŞ və Çin əlavə gömrük tariflərini qarşılıqlı olaraq - LƏĞV EDƏCƏK
Belə ki, ticarət lisenziyasının müddətinin uzadılmasına baxmayaraq, “HUAWEI” hələ də ABŞ administrasiyasının qara siyahısındadır və şirkətin amerikalı tərəfdaşlarının özləri də bir Çin satıcısı ilə iş aparmaq üçün icazə almalıdırlar.
ABŞ-ın Ticarət Katibi Vilbur Ross bu sanksiyanın təxirə salınmasının səbəbini kəndlərdə istifadə olunan avadanlıqlara alternativ variant tapılmaması ilə izah edib. Onun sözlərinə görə, lisenziya ona görə verilib ki, yerli şirkətlərin “HUAWEI”dən asılılığı zəifləsin. “Müvəqqəti lisenziyanın uzadılması “HUAWEI”in işinə ciddi təsir göstərməyəcək.
Qeyd edək ki, bundan əvvəl “HUAWEI” şirkətinin baş vitse-prezidenti Vincent Pan şirkətin smartfonlarının “HarmonyOS” əməliyyat sisteminə köçürməsi üçün 6 aydan 9 aya qədər vaxt lazım olacağını bildirmişdi. Bu ayın əvvəlində isə şirkət nümayəndəsi “Google” xidmətlərinə öz alternativi haqqında da ətraflı məlumat verib.
TED