Türkiyə ilə ABŞ arasında rahib Endryu Brunson böhranı davam edərkən, ABŞ iki ölkənin ticarətinə təsir edə biləcək yeni bir addım atıb. Türkiyə ABŞ-a gömrük rüsumu ödəmədən ixrac imkanını itirə bilər.
FED.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi tərəfindən verilən açıqlamada, Türkiyənin ABŞ tərəfindən tətbiq olunan Üstünlüklər Sistemindən (GSP) istifadə etməyə davam edib-etməyəcəyi məsələsinin nəzərdən keçirildiyi qeyd olunub.
Açıqlamada ABŞ-ın Ticarət Nümayəndəsi Jeffrey Gerrish-in "Tramp hökumətinin Türkiyənin GSP-yə uyğunluğuna dair narahatlıqları var və ölkə yenidən araşdırılacaq.Türkiyənin narahatçılıqlarımızı aradan qaldırmaq məsələsində bizimlə birlikdə çalışacağına ümid edirik", - sözlərinə yer verilib.
Sözügedən açıqlamada, Türkiyənin digər ticarət tərəfdaşlarının heç birinə tətbiq olunmamasına qarşı 1.78 milyard dollarlıq ABŞ idxalına əlavə vergi tətbiq etdiyi qeyd edilib.
Türkiyənin 1976-ci ildən bu yana istifadə etdiyi proqram inkişaf edən ölkələrə ABŞ bazarlarına gömrüksüz giriş imkanı təmin edir.