Azərbaycanın parlaq gəncləri mötəbər Beynəlxalq Kopernik Olimpiadasında müstəsna istedadlarını nümayiş etdirmək üçün ABŞ-ın Nyu-York şəhərinə yollanıblar.
“OBA” ilə DMA arasında memorandum imzalandı – Vətəndaşlara şad xəbər!
FED.az xəbər verir ki, riyaziyyatçılarımız beynəlxalq turnirdə 22 ölkə ilə yarışıb və ölkəmizin komandası 5 kateqoriya üzrə təmsil olunub.
Əlamətdar səyahətə çıxan 60 azərbaycanlı istedadı məşhur Tayms meydanında xoş sürpriz qarşılayıb. Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan “OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə gənc istedadların olimpiada gedişatında çəkilmiş fotoları Tayms meydanında yerləşən ekranlardan birində yayımlanıb. Həmin an riyaziyyatçılarımız baş verən hadisə qarşısında öz təəccüb və sevinclərini gizlədə bilməyiblər.
Bu gözlənilməz hadisə ilə “Veysəloğlu” və “OBA” ölkəmizi yüksək səviyyədə təmsil edən riyaziyyatçılarımıza öz təşəkkürünü bildirməyə, həmçinin gəncləri təhsildə mükəmməlliyə təşviq etməyə çalışıb.
Qeyd edək ki, "Global Olympic Center"in təşkilatçılığı ilə keçirilən beynəlxalq olimpiadanın qlobal mərhələsində ölkəmizi müxtəlif yaş qrupunda və müxtəlif məktəblərdən seçilmiş 60 istedadlı şagirddən ibarət komanda təmsil edib.
Olimpiadanın açılış mərasimində komandamızın üzvləri Azərbaycan dövlət himninin sədaları altında səhnəyə çıxıblar.
Riyaziyyatçılarımız Beynəlxalq Kopernikus Olimpiadasında 7 qızıl, 23 gümüş və 13 bürünc medal qazanıblar.
Sonda olimpiada qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxış edərək bütün iştirakçıları və Azərbaycan komandasını təbrik edib.