ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb.
Eləcə də bax: ABŞ-da silah satışı artıb – şirkətlərin səhmi bahalaşır
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb.
ABŞ-ın İflas Kodeksinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir.
Bu şirkətin artıq iki il ərzində ikinci iflasıdır.
Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib. (Report)