Rusiyalı biznesmen Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekomunikasiya qrupu iki avropalı sahibkara cəmi 1 funt sterlinqə satılacaq.
Eləcə də bax: “Chelsea” amerikalı investora satıldı – QİYMƏT
FED.az xəbər verir ki, müqavilənin bu ay bağlanacağı ehtimal olunur.
“Truphone”nun satılması barədə qərar Böyük Britaniya hakimiyyəti tərəfindən Abramoviçə qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. Qeyd olunur ki, ona şirkət səhmlərinin 23%-i məxsusdur. Qalan səhmlərin böyük hissəsi onun “Evraz” dağ-metallurgiya şirkəti üzrə tərəfdaşları Aleksandr Abramov və Aleksandr Frolova məxsusdur.
Şirkətin yeni sahibləri isə biznesmenlər Hakan Koç və Pirros Kussios olacaqlar. (Qafqazinfo)