AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən Abid Mamedov AzFinance İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədri təyin edilib.
FED.az xəbər verir ki, AzFinance İnvestisiya Şirkəti 2014-cü ildə Abid müəllimin rəhbərliyi altında qurulmuş və 5 il ərzində sektorun ən yaxşı iki şirkətindən biri vəziyyətinə gətirilmişdir. AzFinance İnvestisiya Şirkəti 110 mln AZN-dən çox aktivləri ilə bazara liderlik edir.
Eləcə də bax: “Azfinance İnvestisiya Şirkəti” ötən ili mənfəətlə başa vurub - HESABAT
Abid müəllim AzFinance investisiya şirkətindən öncə 8 il maliyyə sektorunda çalışmışdır. Bu müddətin 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan Bloomberq şirkətinin MDB ölkələri üzrə Müştəri Xidmətləri üzrə Direktor vəzifəsində çalışmışdır.
Abid Mamedov orta məktəb təhsilini Avropada almış və 2003-cü ildə London Universitetinin İqtisadiyyat fakultəsində Bakalavr dərəcəsi, 2004-cü ildə İngiltərənin Briston Universitetinin İqtisadiyyat fakultəsinndə Magistr dərəcəsini əldə etmişdir.
Yüksək liderlik və menecerlik keyfiyyətləri ilə xüsusi seçilir.
Evlidir. İki övladı var.
Fins