Azərbaycan dondurma sektorunda “A Klass” dondurmaları yüksək keyfiyyətinə görə çox qısa zamanda istehlakçıların zövqünü oxşamağı bacarmışdır.
FED.az xəbər verir ki, indiki cəmiyyət, keçmişin ləzzəti, qulaqlarımızdakı saf dondurmacı səsi və ləziz dondurma dadını geri qaytarmaq üçün müxtəlif cür səylər göstərirlər. O təbiətə qayıtmaq və qidamıza qayğı göstərmək məqsədi ilə “A Klass” dondurmalarının istehsal prosesində təbii və sağlam xammallardan istifadə edilir. Xammallar istifadədən əvvəl şirkətimizdə fəaliyyət göstərən laboratoriyalarda diqqətlə analiz edilərək yoxlanılır.
Rəngarəng çeşidləri ilə hər zövqə uyğun olan “A Klass” dondurmaların hazırlanmasında müasir texnoloji avadanlıqlardan istifadə edilir. Şirkət Bakı şəhəri və Respublikanın digər regionlarını əhatə edən geniş satış şəbəkəsinə malikdir.A Klass dondurmaları ləziz və fərqli təamlı dondurma çeşidləri ilə isti yay günlərində özünüzü gümrah hiss etməyinizə kömək edəcək. Dondurmanın tərkibindəki kalsium və fosfor sümüklər üçün əsas elementlərdən hesab edildiyi üçün bu məhsul olduqca zəngin və faydalıdır. Sağlam şərtlərdə saxlanan dondurmaların heç bir zərəri yoxdur, əksinə, qida mütəxəssisləri dondurmanın qış aylarında da yeyilməsini tövsiyə edirlər. “A Klass” dondurmalarının başlıca məqsədi xalqımızı keyfiyyətli qida məhsulları ilə təmin etməkdir.