Xaçmaz sakini Kamran Məmmədsəidov daş satışı ilə məşğuldur. 50 yaşında şans üzünə gülən Kamran bəy çoxlarının səbirsizliklə gözlədiyi 913 072 manatlıq tarixi cekpotun sahibi olub.
FED,az xəbər verir ki, qalib böyük həyəcan və sevinc hissilə mükafatı əldə etmək üçün “Azərlotereya”nın uduşlu biletlərin qəbul edildiyi “Bakı KOB evi”nə gəlib.
Cekpot udacağını yuxusunda gördüyünü deyən qalib satıcı olaraq işləməyə davam edəcək.
“Azərlotereya” ailəsi adından Kamran bəyi bir daha təbrik edir, mükafatı xeyir işlərə xərcləməsini arzulayırıq.