"Aznet Technologies" QSC, "Araznet Technologies" MMC-nin (VÖEN: 0201577291) ona qoşulması şəklində yenidən təşkil olunub.
FED.az xəbər verir ki, "Aznet Technologies" QSC, "Araznet Technologies" MMC-nin bəzi hüquq və öhdəlikləri üzrə hüquq varisidir.
Bildirək ki,"Araznet Technologies" MMC 8 milyon 918 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Ələddin Namazov Vidadi oğludur. Şirkət 22 may 2024-cü ildə dövlət qeydiyyatına alınıb.
"Aznet Technologies" MMC isə 2 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Dmitriy Zverev Vladimiroviçdir.