“8-ci kilometr bazarı” mart ayından etibarən fəaliyyət göstərmir.
Eləcə də bax: “Binə” və “Sədərək” niyə açılmaılıdır? – Deputatdan Açıqlama
FED.az xəbər verir ki, bunu bazarın fəaliyyətini dayandırması ilə bağlı xəbərlərə aydınlıq gətirərkən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.
Rəsmi məlumatda qeyd edilib ki, mart ayından karantin tətbiq edilməyə başlayandan etibarən iri ticarət mərkəzləri fəaliyyətini dayandırıb:
“Pandemiya səbəbindən elan edilən sərt karantin rejimi çərçivəsində iri ticarət mərkəzləri, o cümlədən də “8-ci kilometr bazarı”nın fəaliyyəti dayandırılıb”.
Qeyd edək ki, söhbət bazarın pal-paltar satılan hissəsindən gedir. (Bahar.az)