Azərbaycanda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması ilə bağlı yeni qaydalar təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» özünün 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edib.
Qərara əsasən «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» qərarda
1. Adına və 1-ci hissəsinə “vergilərin,” sözündən sonra “məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,” sözləri əlavə edilsin, adından və 1-ci hissəsindən “vergi ödəyicisinə” sözləri çıxarılsın.
2. Həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilsin (ƏLAVƏ OLUNUR).
Azərbaycanda artıq ödənilmiş vergi belə qaytarılacaq – YENİ QAYDALAR
09:10
20 İyul 2019