"Qafqazenerqoservis" şirkəti ləğv olunduğunu elan edib.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 8, mənzil 14C ünvanına bildirə bilərlər.
19 iyul 2004-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi təmsilçisi Altay Mürsəl oğlu Novruzovdur.
Şirkətin dövlətə 61 min 290.59 manat ödənilməmiş vergi borcu var.











