Azərbaycanda Vergilər Nazirliyi tərəfindən “Tet İnternational Development” adlı MMC dövlət qeydiyyatına alınıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu şirkətin nizamnamə kapitalı 1000 manatdır.
Yeni şirkət Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva ev 22 m.13 ünvanında yerləşəcək.
“Tet İnternational Development” MMC-nin təsisçisi Yaponiya vətəndaşı olan Sawada Taro-dur.
Bildirək ki, Sawada Taronun 59 yaşı var. O, 2018-ci ildən bəri “Parco Co LTD” şirkətində direktor vəzifəsində çalışır.