Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış kompleksi üzrə 501 mənzilin güzəştlə satışa çıxarılacağını elan edib.
FED.az xəbər verir ki, satış 18 Dekabr 2020 - 28 Dekabr 2020 dövründə həyata keçiriləcəkdir.
1 otaqlı mənzilin qiyməti 32 min 215 manatdan, 2 otaqlı mənzilin qiyməti 42 min 415 manatdan, 3 otaqlı mənzilin qiyməti 57 min 120 manatdan başlayır.
Mənzil ipoteka krediti ilə alındıqda aylıq ödəniş otaq sayından asılı olaraq 138 manat – 268 manat civarında dəyişəcəkdir.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər müraciət edə bilərlər.