5 iyun 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində yaradılmış “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkətin nizamnamə kapitalı 500 milyon manatdır və qanuni təmsilçisi Emil Əhməd oğlu İbrahimovdur.
Müşahidə Şurasının üzvləri Əzimov Hidayət Ağanəcəf, Qurbanov Aqil Səlim oğlu və Məmmədov Anar Rəhim oğludur.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 40 ünvanıdır.