Dünyanın ən varlı 500 insanı ilin əvvəlindən indiyədək 1,4 trilyon dollar itirib.
Eləcə də bax: Dünyada dollar milyonçularının sayı - ARTIB
FED.az xəbər verir ki, «Bloomberg»in məlumatına görə, ən varlı 5 nəfər ümumilikdə 345 milyard dollar itirib.
Belə ki, «Binance» kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao 85,6 milyvard dollar itirib.
İlon Maskın itkiləri 73,2 milyard dollar olub. «Amazon»un sahibi Ceff Bezos isə 65,3 milyard dollar itirib. «Meta»nın rəhbəri Mark Zukerberqin itkiləri 64,4 milyard dollar təşkil edib.
Sahibkar və «Louis Vuitton Moët Hennessy» qrupunun sahibi Bernar Arno isə ilin əvvəlindən 56,8 milyard dollar itirib.