Gələn ildən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 251-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.
FED.az xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Eləcə də bax: Obyektlərin yenidən vergi uçotuna alınma qaydası təsdiq edilib
Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir
Report