“Hayat Park Residence” təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.
Xatırladaq ki, fevralda “Hayat Park Residence” Mənzil-Tikinti Kooperativinə çevrildiyini elan edib.
Onu da qeyd edək ki, “Hayat Park Residence” QSC 24 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 48 469 000 manatdır və qanuni təmsilçisi Emil Baxşıyev Akif oğludur.
Hüquqi ünvanı Bakı Şəhəri Xətai Rayonu, 8 Noyabr, Ev 15, Məhəllə 1212 ünvanıdır.