"1ST Construction" MMC-nin Bakı Kommersiya Məhkəməsində borclu (VÖEN: 1400965871, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Zərifə Əliyeva, ev 38, m. 24) barəsində e-2-2(113)-8778/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, məhkəmə iclası 22 yanvar 2026-cı il tarixə, saat 10:55-ə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, 8, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcək.
İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.
Bildirək ki, "1ST Construction" MMC 13 sentyabr 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət 20 min 20 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Namazov Ayaz Nizami oğludur. MMC-nin 469 min 990,28 manat ödənilməmiş vergi borcu vardır.










