Azərbaycan və Özbəkistan arasında 432 milyon dollarlıq müqavilələr imzalanacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşündə bildirilib.
Eləcə də bax: Azərbaycanda Özbəkistanla birgə - AVTOMOBİLLƏR YIĞILACAQ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib:
“Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbrsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. Yolda gələndə təyyarədə nazir mənə dedi ki, biz dəyəri 390 milyondan çox olan kontraktlar hazırlamışıq”.
Nümayəndə heyətinin üzvü: “Artıq 432 milyondur”.
Marja