Bu ilin əvvəlindən indiyədək Türkiyədə müflis olan şirkətlərin sayı açıqlanıb. FED.az BİZNES xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan açıqlama verib.
Onun sözlərinə görə, bu günədək konkordato (müflislik) elan edən şirkətlərin sayı 356-dır. Bunlardan 132-si İstanbulda, 50-si Ankarada, 27-si İzmirdə, 26-sı Kocaelidə, 13-ü Bursada, 11-i Hatayda, 9-u Mersində, diğər 88-i isə başqa bölgələrdə yerləşir.
Eləcə də bax: Azərbaycanda «konkordato» – BORCU LƏNGİTMƏK OLARMI?
Son günlər konkordato elan edən şirkətlərin artdığını xatırladan nazir Ruhsar Pekcan bildirib ki, hökumət bu vəziyyəti düzəltmək üçün həm borcverənləri, həm də borcluları qoruyacaq yeni bir layihə üzərində işləyir.