“Orbita-Market” MMC (VÖEN: 1600060231) nizamnamə kapitalını yenidən azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır.
Qeyd edək ki, şirkətin nizamnamə kapitalı daha əvvəl də azaldılmışdı. Belə ki, bundan əvvəl nizamnamə kapitalı 282 min manatdan 235 min manata – yəni 47 min manat azaldılmışdı.
Qeyd edək ki, “Orbita-Market” MMC 30 iyun 1993-cü ildə yaradılıb. Qanuni təmsilçisi Akif Ömərov Novruz oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Nizami Rayonu, Qara Qarayev Pr., Ev 53 ünvanıdır.















