Son illər dünyada ən sürətli inkişaf edən biznes sektorlarından bir yemək çatdırma xidmətləridir.
FED.az xəbər verir ki, bir neçə ilə çoxmilyonluq biznesə çevrilən startaplardan biri də ərəblərin yaratdığı Talabat.com yemək çatdırma şirkətidir.
Ərəblərin ən məşhur startaplarından olan Talabat.com Yaxın Şərqdə 17 il əvvəl cəmi 300 dollarlıq sərmayə ilə qurulsa da, 11 il sonra 170 milyon dollara satılıb.
TALABAT.COM hazırda Yaxın Şərqdə restoranlardan çatdırma xidməti göstərən ən məşhur şirkətdir. Onlayn xidmətlər göstərən şirkət Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Oman, Qətər, İordaniya, Misir və İraqda fəaliyyət göstərir.
«biz sizi sevimli restoranınızla asanlıqla birləşdiririk, bunun üçün bir dyməyə sıxmaq kifayətdir»-deyə restoranın təqdimatında deyilir.
TALABAT.COM kiçik startap kimi 2004-cü ildə Küveytdə Əbdüləziz Əl Luqani və Xalid Əl Oteybi tərəfindən təsis edilib. Həmni vaxt şirkət «Talabat General Trading and Contracting Company» adlanırdı.
Təsisçilər zarafatla deyirlər ki, həmin vaxt internet elə zəif idi ki, restorana sifarişi onlayn verməkdənsə, gedib götürmək daha tez başa gəlirdi.
Talabat-ın populyarlığı sürətlə artmağa başladı. 2008-2009-cu ildərdə startap Küveytin «Ən yaxşı elektron biznes» nominasiyasının qalibi oldu. Biznes Küveytin əmiri şeyx Sabah əl Əhməd özü şəxsən dəstək verməyə başladı.
2010-cu ildə Talabat-ın biznesi artıq Küveyt sərhədlərini aşmışdı. Şirkət qonşu Səudiyyə Ərəbistanında da işləyir və gündə ümumilikdə 1250 sifariş qəbul edirdi.
2010 və 2011-ci illərdə şirkətin özündə dəyişikliklər edildi. Xidmətlərin keyfiyyəti artırıldı, eləcə də satış platforması təkmilləhdirildi və yeni interfeys yaradıldı.
2012-ci ildə Talabat.com Bəhreyn, BƏƏ və Omana genişləndi. 2012-ci ilin əvvəlində Talabat Android və iOS üçün öz mobil tətbiqini buraxdı və bununla da biznes yeni təkan aldı. 2013-cü ildə Qətər də Talabat-ın xidmətlərindən istifadə etməyə başladı.
Sürətlə böyüyən və ciddi rəqibləri olmayan perspektivli ərəb biznesi xarici investorların, sektorun nəhənglərinin diqqətini cəlb etdi.
2015-ci ildə TALABAT.COM Almaniyanın qlobal elektron ticarət şirkəti olan «Rocket Internet» tərəfindən 170 milyon dollara alındı. 2016-cı ildə həmin şirkət Almaniyanın Delivery Hero qrupu tərəfindən uduldu.
Delivery Hero – dünyada yemək çatdırılması üzrə ən böyük onlayn platformalardan biridir və 40-dan artıq ölkədə – Avropa, Asiya, Latın Amerikasında 500 mindən artıq restoranlarla işləyir.
2017-ci ildə Talabat İordaniyaya, daha sonra Misirə genişləndi.
2020-ci ildə şirkət Yaxın Şərqin çatdırma sektorunda əsl inqilab edərək çatdırmanı yüksək səviyyəyə qaldırdı. Artıq sifariş etməklə yanaşı, çatdırma prosesin izləmək və sair də çox asan idi, çatdırma sürəti isə kəskin artmışdı.
Hazırda şirkət təkcə restorandan yemək deyil, eləcə də gül-çiçək, dərman və başqa sifarişləri də çatdırır.
Nəhayət bir qədər əvvəl şirkət özünün satış platformasını - TALABAT MART-ı yaratdı. Buradan edilən sifarişlər maksimum 30 dəqiqəyə sifarişçiyə çatdırılır.