“PMD Group” MMC” “AY-NT” MMC (VÖEN: 1300674131), “Aliot” MMC (VÖEN: 1402401951) və “Capital Hotel Company” MMC -nin (VÖEN: 1404060641) ona qoşulması və bu qoşulma nəticəsində “PMD Group” MMC-nin yenidən təşkil olunmasını elan edir.
FED.az xəbər verir ki, qoşulma dövlət qeydiyyatına alındığı tarixdən, “AY-NT” MMC, “Aliot” MMC və “Capital Hotel Company” MMC-nin fəaliyyətinə xitam verilərək (ləğv edilərək) təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “PMD Group” MMC-yə keçir.
Qeyd edək ki, “Capital Hotel Company” MMC 28 dekabr 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 29 milyon 421 min 605 manatdır.
Qanuni təmsilçisi Elmar Ağayev Savadxan oğludur.
Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Sarabski, Ev 45a, Məh.657 ünvanında yerləşir.
“AY-NT” MMC 1 mart 2002-ci ildə yaradılıb, şirkətin nizamnamə kapitalı 2 milyon 897 min 230 manatdır. Qanuni təmsilçisi Ruslan Mikayılov Şamil oğludur.
Hüquqi ünvanı AZ1073, Bakı Şəhəri Yasamal Rayonu, Hüseyn Cavid Pr., ev 1, MƏHƏLLƏ 518, m. 19 ünvanında yerləşir.
“Aliot” MMC-nin nizamnamə kapitalı isə 1000 manatdır. Şirkət 25 dekbar 2012-ci ildə yaradılıb. Qanuni təmsilçisi Fərid Əhmədov Rafiq oğludur.
Hüquqi ünvanı Az1014, Bakı Şəhəri Nəsimi Rayonu, Süleyman Rüstəm, ev 9, m. 4 ünvanıdır.