Rusiyanın “RBC” telekanalı azərbaycan əsilli üç gənc mütəxəssisin yer aldığı “Rusiyanın ən yaxşı 100 iqtisadçısı”nın siyahısını yayımlayıb.
FED.az xəbər verir ki, Fransanın müstəqil araşdırma institutu “Choiseul”a görə, Sberbank” şirkətinin (Moskva) vitse-prezidenti, “Risklər” şöbəsinin rəhbəri, 38 yaşlı Cahangir Cahangirov siyahıya daxil edilib.
Həmçinin siyahıda “SpetsProekt” (Sankt-Peterburq) şirkətinin idarəedici partnyoru 29 yaşlı Rəhim Əhədov və Vladivostok regionu üzrə İnsan Kapitalının İnkişafı Agentliyinin (Vladivostok) baş direktorunun müavini 34 yaşlı Həsən Həsənbalayev də yer alıb.