“Lənkəran-Konserv” ASC-nin səhmdarlarının 07.06.2024-cü il tarixli növbəti ümumi yığıncağında (illik ümumi yığıncaq) qəbul edilmiş qərarların xülasəsi açıqlanıb.
FED.az xəbər verir ki, qəbul edilmiş qərarlar aşağıdakılardır.
1. 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə “Lənkəran-Konserv” ASC-nin illik hesabatları təsdiq edilsin. “Qiymətli kağızlar bazarı haqqında” AR Qanuna müvafiq qaydada Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlansın.
2. “Lənkəran-Konserv” ASC (dövlət qeydiyyatı № (VÖEN) 2600118231) ləğv edilsin.
3. Cəmiyyətin kollegial icra orqanı olan İdarə Heyətinin sədri və onun üzvlərinin, eləcə də Direktorlar Şurasının sədri və onun üzvlərinin səlahiyyətlərinə xitam verilməklə bu idarəetmə orqanlarının fəaliyyətinə xitam verilsin. Aşağıdakı tərkibdə ləğvetmə komissiyası yaradılsın və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlər ləğvetmə komissiyasının sədrinə həvalə edilsin
: • Ləğvetmə komissiyasının sədri - Cəfərov Vüqar Mirislam oğlu,
• Ləğvetmə komissiyasının üzvü - Qurbanov Emil Aydın oğlu,
• Ləğvetmə komissiyasının üzvü - Əliyev Nurlan İntiqam oğlu.
4. Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatın kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün 15 gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilsin.
5. Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızları dövriyyədən çıxarılsın və ləğv edilsin.